6537f914ba4b3202310230420
Məhkumlar məzuniyyətə buraxılır - Azərbaycanda İLK DƏFƏ

Məhkumlar məzuniyyətə buraxılıb.

“Unikal”ın əldə etdiyi məlumata görə, Penitensiar xidmətin qapalı cəzaçəkmə müəssisələrində saxlanılan məhkumlar sərbəst şəkildə ailə üzvlərinin yaşadığı ünvanlara bir neçə günlük qısa müddətli səfərə buraxılıblar. 

Səfərlər zamanı məhkumları həbsxana əməkdaşları müşayiət etməmiş, məhkumlar yaxınları ilə görüşmüş, təqribən 7-8 gün onlarla birlikdə vaxt keçirdikdən sonra özləri də sərbəst şəkildə saxlanıldıqları həbsxanalara geri qayıtmışlar. 

Məlumatımıza əsasən, indiyədək 8 nəfər məhkum ailə üzvlərini ziyarət etmiş və geri qayıdıb.

Sorğumuza cavab olaraq xəbəri Penitensiar xidmətdən təsdiqləyiblər.

24.10.2023 21:02
show 679