rəşad

Məhkəmə Rəşad Dağlı ilə bağlı qərar verdi - VİDEO

Qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) barəsində seçilmiş həbs qətimkan tədbiri 2 ay müddətinə uzadılıb.

Qlobal.net xəbər verir ki, bu barədə Qaradağ Rayon Məhkəməsinin hakimi Günay Həşimovanın sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

***

Tanışını qətlə yetirməkdə ittiham olunan meyxanaçı Rəşad Dağlı (Əmirov) barəsində seçilmiş həbs-qətimkan tədbiri müddətinin uzadılması ilə bağlı təqdimata baxılır.

Rəşad Dağlı Qaradağ Rayon Məhkəməsinə gətirilib.

Təqdimata hakim Gülnar Aslanova baxır.

Qeyd edək ki, Rəşad Dağlı tanışı -1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi bir neçə bıçaq zərbəsi ilə qətlə yetirməkdə ittiham olunur. Hadisə 4 ay əvvəl Qaradağ rayonunun Lökbatan qəsəbəsində qeydə alınıb.

Rəşad Dağlı barəsində həbs qətimkan tədbiri seçilib. Meyxanaçı ilkin ifadəsində hadisəni təhqirə görə törətdiyini deyib.

(unikal)


04.03.2023 13:03
show 656