ABŞ-nin Missuri ştatında məhkəmə "Traveler's Insurance" sığorta şirkətini 10 il qanunsuz həbsdə saxlanmış Rayan Ferqusona təzminat ödəmək barədə qərar çıxarıb.
Qlobal.net report-a istinadən xəbər verir ki, bu barədə "ABC 17" məlumat yayıb.
Ferquson, 1993-cü ildə Columbia Daily Tribune qəzetinin idman redaktorunun qətlində təqsirləndirilmişdi. Onun cəzası, sonradan yalan ifadə verdiyini etiraf edən dostunun ifadələrinə əsaslandırılmışdı. Yalnız 2013-cü ildə məhkəmə onun təqsirsizliyini təsdiqləyərək, müdafiə tərəfinin topladığı vacib sübutların prokurorluq tərəfindən gizlədildiyini ortaya çıxarıb.
Ferqusonun işinə baxan altı polis əməkdaşı, onun azadlığa buraxılmasından sonra sığorta şirkəti "Traveler's Insurance"a qarşı iddia qaldırıb. Bu sığorta şirkəti, müdafiə xərclərini ödəməli idi. Məhkəmə prosesi bir neçə il davam edib: Ferguson ödəmələri tələb edirdi, şirkət isə mühakimə qərarından əvvəl müştərinin sığorta polisinin etibarsız olduğunu iddia edirdi. Nəticədə, Ferguson 38 milyon dollar təzminat alacaq.
Hakim qərar verib ki, "Traveler's Insurance" şirkəti əvvəlki məhkəmə qərarlarını nəzərə almayaraq böyük məbləğdə təzminat ödəməlidir. Bir neçə il əvvəl şirkət, Fergusona həbsdə keçirdiyi hər il üçün bir milyon dollar ödəməli və Kolumbiya şəhərinin məhkəmə xərclərini qarşılamalı idi, lakin bu tələbi yerinə yetirməyib.