04.10.2021
10:02
1122

Məhəmməd peyğəmbərin karikaturalaını çəkən rəssam faciəvi şəkildə öldü

Loading...

İsveçli karikaturaçı Lars Uilks və onun iki mühafizəçisi bədbəxt hadisə nəticəsində ölüb.

Ölkə.Az TASS-a istinadən xəbər verir ki, İsveçin Krunuberq əyalətinin Markaryud kəndi yaxınlığındakı E4 magistral yolunda minik maşını ilə yük maşını toqquşub.

Toqquşma zamanı hər iki maşın yanıb, yük maşını sürücüsü sağ qalsa da, ağır xəsarət alıb. Qəzanın necə baş verməsi barədə hələlik məlumat yoxdur. Yük maşını sürücüsü xəstəxanaya yerləşdirildikdən sonra artıq sorğu-suala tutulub.

Uilks Məhəmməd peyğəmbərin başı olan it şəklinin müəllifidir. 2007-ci ilin noyabrında bu rəsm İsveçin "Nerikes Allehanda" qəzetində çap olunub. Bu nəşr bütün dünya müsəlmanlarının qəzəbinə səbəb olmuşdu.

"Əl-Qaidə" terror təşkilatının üzvləri onun başı üçün 100 min dollar pul qoymuşdu.

Bundan sonra karikaturaçı həmişə polisin himayəsi altında idi. 2010-cu ilin iyulunda Uilksin evini yandırmağa cəhd edən 2 nəfər mühakimə olunub. Onlar iki və üç il müddətinə azadlıqdan məhrum edildilər. Bu hadisələrdən əvvəl karikaturaçı Uppsala Universitetində hücuma məruz qalmışdı. Burada filologiya fakültəsində incəsənətdə söz azadlığı mövzusunda mühazirələr deyib. Hakerlər həmçinin Uilksin saytını hak ediblər.

2010-cu ilin mart ayında İrlandiyada Uilksin qətliamını hazırlayan ekstremist qrup həbs edilib. Sui-qəsddə amerikalı Kolin Laros iştirak edib. Məhkəmədən sonra o, 10 il həbs cəzası aldı.

Loading...