ABŞ-ın Florida ştatında məhbuslar ventilyasiya şaxtası vasitəsilə uşaq dünyaya gətirməyi bacarıblar.
Qlobal.net Daily Star-a istinadən bildirir ki, 29 yaşlı Deyzi Link Mayami şəhərindəki həbsxanada saxlanılarkən, iyun ayında bir qız uşağı dünyaya gətirib. Uşağın atası, eyni həbsxanada cəza çəkən 23 yaşlı Coan Depasdır. Məhbuslar kameralarının ventilyasiya şaxtası ilə əlaqə qurduğunu və bu vasitə ilə ünsiyyət qurmağın, habelə kiçik əşyalar mübadiləsi etməyin mümkün olduğunu kəşf ediblər.
Link və Depas ünsiyyətə başlayıb və tezliklə aralarında romantik münasibətlər yaranıb. Depas ata olmaq istəyini bildirib və Link bu arzunu dəstəkləyib. Depas öz spermasını ərzaq qablaşdırma plenkasına yığıb və gündə beş dəfə sevgilisinə ötürüb. “O, spermanı siqaret kimi bükür, ventilyasiyadakı bir ipə bağlayırdı, mən də onu çəkib çıxarırdım. Daha sonra spermanı kandidoz müalicəsi üçün istifadə edilən şamlara yerləşdirib özümə yeridirdim,” – Link bu qeyri-adi mayalanma üsulunu bölüşüb.
Hazırda qız uşağı ananın ailəsinin himayəsindədir, çünki həm Deyzi Link, həm də Coan Depas öz cinayət işləri ilə bağlı məhkəməni gözləyərək həbsdə qalır. Depas Linki Məryəm Ana ilə müqayisə edib və uşağın hər hansı bir fiziki təmas olmadan dünyaya gəlməsini möcüzə adlandırıb.
Bundan əvvəl Çində ər-arvadın, gözlənilmədən qaradərili uşaq dünyaya gətirdikdən sonra boşanma həddinə çatdığı bildirilmişdi.
Şanxayda yaşayan 30 yaşlı qadın qeyd edib ki, oğlunun keysəriyyə əməliyyatı ilə dünyaya gəlməsindən sonra dərisinin tonu gözlənilməz dərəcədə tünd olub.
Fidan
Qlobal.net