Mədinə gözünü yumub, ağzını açdı

Mədinə gözünü yumub, ağzını açdı: "Müğənniləri niyə efirdə it kimi hürdürürlər?" - VİDEO

Müğənni Mədinə Məlik son zamanlar efirdə müğənniləri trend olan "Onlar arkadan havlarlar" mahnısını oxutduran aparıcılar kəskin  etirazını bildirib.

Qlobal.net xəbər verir ki, sərt sözlərlə həmin insanlara səslənən keçmiş prodüser gözünü yumub, ağzını açıb.

"Əsəbləşirəm, ümumiyyətlə, bizim efirlərə baxmıram. Təsadüfən bəzi aparıcılar var ki, verilişlərini izləyirəm. Ancaq sosial şəbəklərdə hər şey qarşımıza çıxır. Verilişlər, aparıclar, qonaqlar bərbad. Yaxşılar barmaqla sayılası qədərdir. Müğənniləəi trend olan "Onlar arkadan havlarlar" mahnısını oxutdururlar. Bunu mənə qarşı kim edə bilər? Heç türklər bizim belə ifamızı səsləndirərlər? Ayıbdır. Ümid edirəm ki, TV-lər ciddi nəzarətə götürüləcək, daha heç kimi "hürdürə" bilməyəcəklər".

Ətraflı videoda:


(milli.az)

02.03.2025 12:50
show 835