Mədəniyyət Nazirliyi ilə bağlı daha bir QALMAQAL - Aktyordan SƏRT SÖZLƏR
“Deməli Türkiyənin Bursa şəhərində festivalda "Həyat deyəsən
gözəldir"filminin nümayişi oldu. Filmdə əsas personajlardan birini mən
oynamışam. Amma mən ora fotodakı adam (Rüfət Həsənov) tərəfindən dəvət
olunmadım. Oluna bilərdim. Əvəzində ora 2-3 nəfəri çıxmaq şərti ilə
kinoya heç bir aidiyyatı olmayan adamları yığıb apardı”. Qlobal.net xəbər verir ki, bunu aktyor Hikmet Rəhimov Feysbuk hesabında bildirib. Mədəniyyət
Nazirliyinin Kinematoqrafiya şöbəsinin rəhbəri Rüfət Həsənovu sərt
tənqid edən aktyor onu istedadlı insanlara laqeyid yanaşmaqda qınayıb: “Təkrar
edirəm, 2-3 nəfərdən başqa ordakıların kinoya qətiyyən aidiyyatı
yoxdur."Kruq məsələsi" bu qədər. İnanın ki, dəvət eləsəydilər də,
getməyəcəkdim. Sadəcə, qanacaqları bu qədərdir. Haqqım çatırdımı orda
olmağa? Bəli, çatırdı". Aktyor daha sonra qeyd edib: "Fotodakı
adam, sənə və sənin nazirinə hələ “xod” gedən vaxtınızda sözlərimi
dedim. Səninlə üz-üzə oturub danışdıq və sənə bu camiyənin hansı
vəziyyətdə olduğunu dedim, amma vecinə almadın. Şahidin, adaşın və
müavinin orda idi.Son görüşümüzdə sənin bədən dilin mənə başqa şey deyirdi. Sən artıq incəsənət adamı yox, qudurmuş məmuru oynayırdın mənə.Yadındadır
səninlə son görüşümüzdə səni qucaqlamaq istədim, dedin ki, xəstəyəm,
üzürlü say. Sənlə 1 saat söhbətdən sonra ayrılanda qucaqlasdın, sənə
sual etdim "xəstəliyin keçdi"? Və son olaraq dedim ki, bu, bizim son
görüşümüzdür.Fotodakı adam, bu camiyəylə necə məzələndiyinin,
nələr elədiyinin hamısından xəbərim var. Sadəcə, sənin evində çörək
yemişəm, əgər çörək bilirsənsə nə deməkdir. Bu sənin üçün Bostonda
oxumaq deyil.Təki bu işlərdə başın ağrımasın, amma sən özündən əvvəlkilərə rəhmət oxutdurdun. Məmur eqon imkan vermədi sənə.Bakı balaca şəhərdir, bir gün rəngli corab geyinib ansız kapını çalacam.Mən
sənə maddi durumum pis olanda ssenarimlə gəldim. Dedim, qəpik-quruş ver
bunu çəkim. Yanında elə adamlar görürdüm ki, o adamlar 8 dəfə ölüb
dirilsələr də, kinoya heç bir aidiyyatları yoxdur.Səndən mükafat, nə də fəxri ad istəmədim.Amma,
sənin gözlərində bir yola verdi və laqeydlik vardı.Bax, o gözlərə mən
zamanı gələndə yenə baxacam. Bu karmadır, bu kainatdır, bu tanrının
ədalətidir.Sona qalan qalib olur, foto adam".