650e7f95d8a8e202309230301
Mədəaltı vəzi xərçənginin üzdə əlamətləri

Ən ölümcül, səssiz qatil adlandırılan mədəaltı vəzi xərçəngi simptomsuz başladığı üçün həkimlər hər əlamətə diqqətli olmağa çağırır.

“Medicina” xəbər verir ki, onkoloq Andrey Vorobyov güzgüdə üzə baxmaqla mədəaltı vəzi xərçəngindən şübhələnməyin mümkünlüyünü açıqlayıb.

“Bu orqanda xərçəng özünü o vaxt büruzə verir ki, artıq 3-cü mərhələni keçib. Demək olar ki, nadir halda ilk mərhələdə yaxalamaq olur.

Birinci olmasa da, ikinci dərəcədə əlamətlərdən birini üzdə görmək olar.

Bu üzdə sarılıqdır. İnsanın üzü və göz ağı sarı rəng alır. Xüsusən tünd qaraşın, qəhvəyi dərili insanlarda bu az hiss olunur.

Ağrısız, heç bir simptomsuz sadəcə sarılıq artıq siqnal ola bilər.

Bu zaman orqanizmdə bilirubin normadan artıq toplanır.

Çünki mədəaltı vəz xərçəngində şiş öd axarlarını bloklaya bilir.

Digər əlamətlər çəki itkisi, iştahsızlıq, kürək və qarında ağrılar və qəfil diabetin başlanmasıdır”.

23.09.2023 10:02
show 5048