Məclisi zəifləyən, unudulan çıxıb meyxanadan danışır – Orxandan Hüseynə CAVAB

“Mən bir dənə klarnet ifaçısı görmədim ki, müharibə vaxtı getsin cəbhədə ifalar eləsin, amma meyxanaçılar gedirdi. Ona görə də hərə öz işi ilə məşqul olsun”.
Bunu meyxanaçı Orxan Lökbatanlı “Günə Uğurla” verilişində qonaq olan zaman deyib.
Orxan Hüseynin “Bəzi meyxanalar var ki, gənclərin tərbiyyəsini pozur” ifadələri ilə razılaşmadığını bildirib:
“Hüseynin toyları azalan kimi bizdən, meyxanadan danışır. Meyxana heç kimin tərbiyəsini pozmur, çünki tərbiyə adamın evindən başlayır. Ot kökü üstündə bitir. Tərbiyəsi pozulmağa meyilli olan adam, elə evdə də pozulur. Bir müddət qabaq elə klarnet ifaları ilə də gənclər pozulurdu. Elə musiqilər var idi ki, ona qulaq asanda başqa həyat yaşamaq istəyirdilər. Hər şey qaldı qırağa, meyxana pozdu tərbiyəni? Kimin məclisi zəifləyir, yaddan çıxır, gəlir meyxanadan danışır. Hüseyn dostumdur, amma meyxanadan gərək meyxanadan başı çıxan adam danışsın.
Hüseynə belə danışmağa heç kəs ixtiyar vermir. Hamının büdrədiyi zamanlar olub”. (son.xeber)