64ab88ae2a03f202307232726
Mayın 9-da təbrik yazanlar cərimələnirlər

Latviya sakinləri 9 May şərəfinə təbrik yazıları dərc etdiklərinə görə cərimələr almağa başlayıblar.

Cəza tədbirləri postu bəyənənlərə də təsir edib.

Bildirilir ki, sosial şəbəkələrdə təbrik yazılarına görə insanlar inzibati məsuliyyətə cəlb olunurlar. Qanunu pozanların sayı və cərimələrin məbləği barədə məlumat verilmir.

Qeyd olunur ki, hətta paylaşımı bəyənənlərə də cərimələr yazılıb. Qeyri-rəsmi məlumatlara görə, cərimələr 350 avroya qədər ola bilər.

Xatırldaq ki, aprel ayında Latviya parlamenti mayın 9-da ölkədə kütləvi tədbirlərin keçirilməsini qadağan edən qanun qəbul edib. Vətəndaşlara mitinq və yürüşlərdə iştirak etmək qadağan olunub. (oxu.az)

10.07.2023 08:26
show 394