Əhali

Mayın ƏN TƏHLÜKƏLİ günləri yaxınlaşır

Maqnit qasırğası Yer atmosferinin yuxarı qatında güclü geomaqnit pozğunluqları nəticəsində yaranan qlobal hadisədir. Bu pozğunluqlar enerji yüklü hissəciklər, ionlaşmış maddələr və Günəşdən gələn elektromaqnit şüalanması Yerin maqnit sahəsi ilə qarşılıqlı əlaqədə olduqda baş verir.

2023-cü ilin mayında gözlənilən maqnit qasırğalarının vaxtını təqdim edir:

• Güclü maqnit qasırğaları: 11-17, 28 may.

• Orta maqnit qasırğaları: 20-25 may.

Maqnit qasırğaları günəşdəki partalmalar, tac kütlələrinin atılması, günəş küləkləri və digər günəş hadisələri nəticəsində yarana bilər. Bu günəş hadisələri baş verdikdə, Yerin maqnit sahəsinə təsir edən maqnit qasırğaları yaradırlar.

Maqnit Yerdəki texnologiya və avadanlıqlar üçün müxtəlif problemlər yarada bilər. Maqnit qasırğaları insanın rifahına da təsir edə bilər.

Xüsusilə insanlarda baş ağrıları, aşağı və ya yüksək təzyiq, başgicəllənmə, ürəkbulanma, ürək və gözlərdə ağrı, halsızlıq və yuxusuzluq müşahidə edilə bilər.

Maqnit qasırğalarının mənfi təsirini minimuma endirmək üçün mütəxəssislər aşağıdakıları tövsiyə edirlər:

Maqnit qasırğalarının təsirini minimuma endirmək üçün mütəxəssislər həddindən artıq işləməməyi, kifayət qədər yatmağı, spirtli içkilərdən, kofeinli içkilərdən, yağlı və zərərli qidalardan imtina etməyi tövsiyə edir. Fiziki fəaliyyəti azaltmaq və açıq havada daha çox vaxt keçirmək də arzu edilir. (lent.az)

30.04.2023 14:54
show 1725