65685f5d0b957202311230933
Matçdan sonra döyülən Ramil Şeydayevdən SƏRT MESAJ: "Ünvanı göndər!" - FOTO/VİDEO

Azərbaycan yığmasının və Tailandın "Buriram Yunayted" klubunun vingeri Ramil Şeydayev matçdan sonra zorakılığa məruz qalıb. 

Qlobal.net xəbər verir ki, oyundan sonra R.Şeydayev Çin klubuna mesaj göndərib. 

Ramil instagram hesabında etdiyi paylaşımda "Mən hələ də burdayam, "Zeyianq". Sadəcə ünvanı göndər" yazıb. 

Qeyd edək ki, Çində baş tutan matç rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Oyundan sonra hər iki klubun futbolçuları arasında kütləvi dava olub. Şeydayev də mübahisənin mərkəzində olub və zərbələrə məruz qalıb. (sfera.az)

 

 

30.11.2023 14:08
497