639c4d5945268202212225001
Maşının nömrəsi ilə sahibinin telefonunu və adını tapmaq olacaq

Avtomobilin dövlət nömrə nişanı ilə sahibinin telefonunu və adını tapmaq mümkün olacaq.

Bu barədə “vistanews.ru” saytına istinadən məlumatına görə, bunun üçün “autonum.info” saytı yaradılıb.

Bu xidmət təmənnasızdır və yalnız xoş niyyətlər üçün yaradılıb. Əgər hər hansı maşın getməyə mane olursa, o zaman onun yiyəsini tapmaq və ya avtomobili evakuasiya etməyə hazırlaşırlarsa, onun sürücüsünü dərhal məlumatlandırmaq mümkündür. 

Saytın qurucuları bildirir ki, məlumat bazası istifadəçilər tərəfindən formalaşır. Ancaq təcrübə göstərir ki, portalda qeydiyyata alınanların böyük əksəriyyəti özləri barəsində heç bir məlumat qeydiyyatı aparmayıblar. Çünki sayt bu ilin aprelin 1-də qeydiyyata alınıb, saytın yerləşdiyi məkan isə Hollandiyadır.

Ancaq təsadüfi seçmə zamanı məlum olub ki, seçilənlərin 70-80 faizinin məlumatları tam olaraq həqiqəti əks etdirir.

16.12.2022 14:50
show 10550