Maşını olan şəxslər bu xəbəri mütləq oxusun - VİDEO
Sürücülər
avtomobillərdə tibbi yardım çantalarının xeyrindən çox ziyanı olduğu
qənaətindədirlər. Amma deyirlər ki, həmin çantalar olmada
avtomobillərini texniki baxışdan keçirmək mümkün olmur.
Qlobal.net Xəzər TV-yə istinadən xəbər verir ki, Nazirlər
Kabinetinin təsdiqlədiyi qərara əsasən, bu çantaya 20-dən çox adda tibbi
ləvazimat və dərman preparatı daxildir.
Ancaq sürücülər bu çantanın heç bir işə yaramadığını, dərmanların qısa müddətdə yararsız hala düşdüyünü deyirlər.
Həkimlər də tibb çantasının içərisində olan dərman preparatlarının
saxlanma şəraitinə görə insana faydasından çox, zərərinin ola biləcəyini
deyirlər.
Bu çantalarda məhlul halında olan dərmanlar da var ki, onların hər
biri xüsusi qaydada saxlanmalıdır. Bu qaydalara əməl olunmadıqda isə
həmin dərmanlar öz təsirini itirir.
Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov deyir ki, müasir beynəlxalq
təcrübədə və inkişaf etmiş ölkələrdə avtomobildə ilk tibbi yardım
qutusunun olmasına dair tələb yoxdur.
Bu da avtomobildə dərmanların tərkibi pozulmadan saxlanması üçün müvafiq şəraitin olmaması ilə bağlıdır.
Ekspert güman edir ki, növbəti illlərdə Azərbaycanda da müvafiq
qanunvericilikdə dəyişiklik ediləcək və avtomobildə tibbi çantaların
olmasına dair tələb ləğv olunacaq.