Maşın tüstü verirsə, bu nə deməkdir?

Avtomobilin egzoz borusundan tüstü çıxması çox sürücünün qarşılaşdığı bir haldır. Lakin tüstünün rəngi və sıxlığı mühərrikin vəziyyəti haqqında vacib məlumat verir.
Qlobal.net bildirir ki, egzozdan tüstü çıxması hər zaman təhlükəli olmasa da, bəzən ciddi texniki problemə işarə edə bilər.
Maşın ağ tüstü verirsə, nədir problem?
Əgər egzozdan ağ və şəffaf tüstü çıxırsa, xüsusən də mühərrik soyuq olanda, bu normaldır. Soyuq havada su buxarı şəklində tüstü əmələ gəlir.
Amma ağ tüstü qalın və davamlıdırsa, bu, soyuducu mayenin silindr kamerasına sızması demək ola bilər. Bu halda:
Silindr başlığı contası yanmış ola bilər.
Soyuducu su mühərrik yağında qarışa bilər.
Mühərrik həddindən artıq qızma riski yaranır.
Maşın qara tüstü verirsə, nədir problem?
Qara tüstü adətən yanacağın tam yanmaması səbəbindən yaranır. Bunun səbəbləri:
Hava filtri çirkli və ya tutulub;
Yanacaq qarışığı çox zəngindir;
Yanacaq sistemi və ya injektor nasazdır.
Bu problem həm yanacaq sərfiyyatını artırır, həm də mühərrikin performansını azaldır.
Oxu: Maşın tormoz zamanı sürüşürsə, nə etmək lazımdır?
Bu da faydalıdır: Avtomobilin sürəti qəfil azalarsa, nə etmək lazımdır?
Maşın mavi və ya boz tüstü verirsə, nədir problem?
Mavi rəngli tüstü yağın silindrlərə daxil olub yanması deməkdir. Bu, adətən aşağıdakı nasazlıqlardan yaranır:
Klapan bərkidiciləri və ya halqalar köhnəlib;
Turbo sistemi sıradan çıxıb;
Yağ səviyyəsi çoxdur və ya keyfiyyətsiz yağ istifadə olunur.
Bu hal davam edərsə, mühərrikin daxili hissələri zədələnə bilər.
Məsləhət:
Avtomobili dərhal ustaya göstərin;
Yağ və antifriz səviyyəsini yoxlayın;
Profilaktik baxım vaxtlarını gecikdirməyin.
Qısaca:
Ağ tüstü – su və ya soyuducu problemi,
Qara tüstü – yanacaq sistemi problemi,
Mavi tüstü – yağ yanması problemi.
Emin Əzimoğlu
Qlobal.net