avto

Maşın almaq istəyənlərə ŞAD XƏBƏR - Avtomobillərin qəza tarixçəsinə baxmaq mümkün olacaq

Amerika, Koreya, Türkiyə, demək olar ki, dünyanın bir sıra ölkələrində təqdim olunan xidmət Azərbaycanda da aktivləşib.

Qlobal.net milli.az-a istinadla xəbər verir ki, artıq Azərbaycanda da avtomobillərin qəza tarixçəsinə baxmaq mümkün olacaq. Bu xidmətdən "Smsradar" tətbiqi vasitəsi ilə yararlanmaq mümkündür.

Xidmətdən yararlanmaq üçün avtomobilin vin kodunu yazmaq kifayət edir.

3 manata avtomobilin Azərbaycanda baş verən qəzalarına dair tarixçəni öyrənmək olur.

Qeyd edək ki, sığortanın çağırılmadığı qəzalar sistemdə göstərilmir.


13.10.2024 22:12
show 420