65d789c739702202402245207
Masazırda FİLM KİMİ HADİSƏ: Ərli qadınla sevgili oldu, qızını maşın sürməyi öyrətmək adı ilə zorladı - VİDEO

Abşeron rayonunda 1984-cü il təvəllüdlü Elmar müştərisi Samirəyə (adlar şərti verilib – red.) təcavüz edib.

Qlobal.net xəbər verir ki, Elmar məşğul olduğu taksilik fəaliyyəti ilə əlaqədar 2021-ci ilin oktyabr ayında müştəri qismində xidmətlərindən mütəmadi istifadə edən şəxs kimi tanıdığı 2004-cü il təvəllüdlü Samirəni 7 dekabr 2021-ci ildə, saat 19.30-da idarə etdiyi “Opel Corsa D” markalı minik avtomobilinə əyləşdirib. O, avtomobil idarə etməyi öyrətmək adı ilə aldadıb və Abşeron rayonu, Masazır qəsəbəsi, “Duz Zavodu” yoluna insanların olmadığı yerə aparıb.

Orada Samirənin 18 yaşına çatmadığını aşkar surətdə bildiyi halda ətrafda heç kimin olmamasından istifadə edərək avtomobilin salonunda cinsi əlaqədə olub, bakirəliyini pozacağını deyib. Sonra müqavimət göstərən Samirənin hədələyərək ona qarşı seksual xarakterli hərəkətlər edib.

İstintaq orqanı tərəfindən Elmarın barəsində Cinayət Məcəlləsinin 150.2.3-cü (təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elmar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, Samirəni onun anasına görə dərsə aparıb-gətirib, cibinə xərclik qoyub, ona qarşı qanunsuz heç nə etməyib: “Hadisədən bir-iki gün əvvəl Samirə və anası məndən 50 manat istədi. Samirənin ad gününə özünə geyim alması üçün 20 manat verdim. Samirəyə öz qızım kimi yanaşmışam”.

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü təxminən saat 11 radələrində Samirə ona zəng edib və onu yaşadığı evdən götürərək “20 Yanvar” metrosuna aparıb: “Həmin gün ona pul vermək istədim. Lakin verdiyim pulu götürmədi. Halbuki əvvəllər ona pul verəndə götürürdü. Hadisə günü axşam saatlarında isə Samirəni və rəfiqəsini olduqları yerdən götürdüm. Əvvəlcə onun rəfiqəsini yola saldım. Daha sonra isə Samirəni yaşadığı evin qapısına düşürdüm. Dekabrın 10-da, günorta saatlarında Masazır tərəfdə dayandığı vaxt polis əməkdaşları avtomobilimin pəncərəsini qıraraq məni tutdular. Daha sonra isə buraxdılar. Lakin aprelin 12-də yenidən saxlanıldım”.

Təqsirləndirilən şəxs bildirib ki, Samirənin anası Təranəni 2021-ci ilin oktyabr ayından tanıyıb: “Sərnişin daşıdığım vaxt Təranə ilə tanış olmuşam. Onunla yaxın münasibətdə olmuşam, ər-arvad kimi yaşamışıq. Təranə evli olub və əri ilə birlikdə yaşayıb. Təranə ilə tanış olduqdan sonra bir dəfə zəng edərək pulu olmadığını, qızlarını “20 Yanvar” metrosu yaxınlığına lombarda qoymağımı istədi. Bundan sonra daimi olaraq onun qızları Pərini işə, Samirəni isə dərsə aparıb-gətirmişəm. Narkotik vasitədən istifadə etməmişəm. Bank hesabım olub və Təranəyə maddi köməklik edə biləcəyimi demişəm. Təranə məndən 2600 manat borc pul istəyib. Təranə lombarda pul verməli olduğunu, vermədiyi halda lombarda qoyulan qızılların satılacağını, həmçinin bir tərəfdən də qızılların sahiblərinin öz qızıllarını istədiyini söylədi. Samirəyə avtomobil sürməyi öyrətmişəm. Avtomobildə Samirə, rəfiqəsi və daha iki sərnişin olub. Sonuncu müştərini düşürdükdən sonra Samirə məndən şokolad və günəbaxan tumu istədi. Mən də alaraq verdim”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə günü həm də Samirənin bacısı Pərini işdən götürməli olub: “Pərini saat 21 radələrində götürməli idim, həmin vaxta qədər 20 dəqiqəyə yaxın boş vaxt yarandığı üçün Samirə avtomobil sürməyi öyrətməyimi istədi. Daha sonra da bacısını işdən götürməyi təklif etdi. Mən də razılaşdım. Samirəyə avtomobil sürməyi “Duz gölü”nün yanında öyrətdim. Məhz “Duz gölü”nün yanında avtomobil sürməyi heç kim təklif etməyib. Daha sonra saat gec olduğundan Samirə onu evlərində düşürməyimi, bacısının gələcəyini dedi. Mən də Samirəni evinin qarşısında düşürdükdən sonra getdim. Samirənin atası qızlarını aparıb-gətirdiyimi bilib. Mən Samirəyə zor tətbiq etməmişəm, seksual xarakterli hərəkətlər etməmişəm. Samirəgil məndən pul istəyib. Hətta Pəri belə diplomunu universitetdən götürmək üçün 500 manat verməyimi söyləyib. Digər tərəfdən də onlar pul istədikcə vermişəm. Mənim günlük qazancım 30 manat olub. Təranə pul vermədiyim halda başıma oyun açacağını deyib. Dekabrın 3-dən sonra məni hədələməyə başlayıb. Təranə mənimlə şəkilləri, videoları olduğu üçün o, qızı vasitəsilə məni hədələmək istəyib. Təranə narkotik tərkibli dərmanlar istifadə edib. Ona görə də ağlına nə gəlirdisə, onu da həyata keçirib”.  

Daha ətraflı video-materialda:


(referans.az)

22.02.2024 21:50
show 3169