63b7c5998948b202301235417
Masazırda DƏHŞƏT: İtlərin hücumuna məruz qalan 41 yaşlı qadın öldü- VİDEO

Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” Yaşayış Kompleksində sahibsiz itlərin hücumuna məruz qalan 41 yaşlı qadın ölüb.

Qlobal.net Baku TV-yə istinadən xəbər verir ki, 4 ay əvvəl qəsəbə ərazisində itlər 41 yaşlı İnci İsgəndərovaya hücum edib. Xəsarət alan qadın bir müddət sonra dünyasını dəyişib. 

Sakinlər ərazidə sahibsiz itlərin sayının çox olmasından və tez-tez onların hücumuna məruz qalmalarından şikayət ediblər. 

Mövzu ilə bağlı sujeti təqdim edirik:

 

 


06.01.2023 10:53
show 325