Masallıda "avtoşluq" etdiyi üçün həbs olunan sürücü GÖRÜN KİMİN OĞLUDUR - VİDEO
Masallıda avtoxuliqanlıq edən sürücünün videosu yayılıb.
Belə ki, 90-LR-002 qeydiyyat nişanlı BMW markalı avtomobilin
sürücüsü Masallı-Yardımlı-Lənkəran yolunu bağlayaraq şou göstərməyə
başlayıb. O, hərəkət hissəsində avtomobili qəflətən sürətləndirməklə
davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərini çıxarıb
və yolun səthində çoxsaylı təkər izləri buraxaraq avtoxuliqanlıq edib.
Həmin avtoxuliqanlıq əməlini törədən sürücü Y.İsmayılov və
avtomobilin sahibi M.Fəttahlı müəyyən edilərək barələrində toplanmış
material hüquqi qiymət verilməsi üçün Masallı Rayon Məhkəməsinə
göndərilib. Məhkəmənin qərarı ilə Y.İsmayılov sürücülük hüququ bir il
müddətinə məhdudlaşdırılmaqla 15 gün müddətinə inzibati qaydada həbs
olunub, M.Fəttahlı isə cərimə olunub.
Avtosfer.az-a verilən məlumata görə, avtoxuliqanlıq əməlini
törətdiyinə görə həbs olunan Y.İsmayılov Lənkəran şəhər 1 saylı notariat
ofisinin rəhbəri Səfər İsmayılovun oğludur.