10.05.2021
10:58
144

Masallıda avtomobil beş yaşlı uşağı vurdu

Loading...

Masallı rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Qızılağac kəndində qeydə alınıb.

Avtomobil 2016-cı il təvəllüdlü Məmmədli Əli Bayram oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə əvvəlcə Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona sağ bazu sümüyünün sınığı və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.


Loading...