Mart ayında bayramlarla əlaqədar 10 gün iş olmayacaq.
Qlobal.net verir ki, martın 8-i Qadınlar günü kimi qeyd olunur və Qadınlar günü iş günü hesab edilməyən bayramlardandır.
Nazirlər Kabineti tərəfindən təsdiqlənən müvafiq qərara əsasən isə 2023-cü il martın 20, 21, 22, 23 və 24-ü Novruz bayramıdır.
2023-cü ildə 18, 19 və 25, 26 mart tarixləri şənbə və bazar günlərinə təsadüf edir. Beləliklə, gələn il Novruz bayramı ilə əlaqədar ardıcıl 9 gün iş olmayacaq.
Başqa sözlə, mart ayında bayramlarla əlaqədar 10 gün iş olmayacaq.