63ff6381e2efd202303233857
Mart ayının şanslı bürcləri - Kimlər sərvət qazanacaq?

Mart ayında bəzi bürcləri digərlərinə nisbətən fərqli günlər gözləyir. Xüsusilə də, maddi məsələlərdə bəzi bürclərin nümayəndələri istədikləri nəticəni əldə edəcəklər. 

Qlobal.net bizim.media-ya istinadən mart ayında sərvət qazanacaq bürclərin siyahısını təqdim edir:
1. Balıqlar
Balıqlar mart ayında ən şanslı bürclərdən biridir. Mart ayı girildikdən sonra sevgi, iş, pul kimi bütün məsələlərdə şanslı olacaq balıqlar bu ayda sərvət əldə edə bilər. Mart ayından etibarən balıqlar həyatlarında hər bir məsələni qaydasına salaraq həyatlarına yaxşı bir şəkildə davam edəcəklər. Ancaq bunun üçün kiçik bir səy göstərmələri lazım ola bilər, axı "halva halva deməklə ağız şirin olmur". Bu ay arzuladıqlarınız sizin ayağına hər şey gələcək və iş həyatınızda və təhsilinizdə ən şanslı siz olacaqsınız.
2. Şir

Onsuz da 2023-cü ilin ən şanslı bürcü kimi tanınan şir bürcünün mart ayında maddi sarıdan üzü güləcək. Bu ayın ikinci ən şanslı bürcü kimi görünən şir indiyə qədər yaşadığı bütün mənfi hadisələri bir kənara qoyur. İndi bütün xoşbəxt anlar şiri gözləyir. İş həyatında kifayət qədər əsəbi olan şir bürcləri bu ayda bir az sakit qalmağı bacarmalıdır. Bu ay pul və maliyyə məsələlərində rahatlıq tapacaqlar ki, bu da onların bütün problemlərini həll edəcək. Çətinliklərini unudan kimi yolun sonu şirlər üçün parlaq görünür. Mart ayını daha sakit keçirməyi bacarsanız, pul özü sizə gələcək.
3. Qız
Qız bürclərini iş həyatında gözlənilməz və xoş xəbərlər gözləyir. Bu günə qədər zəhmət çəkmiş və mükafatlandırılmamış qız bürcləri hazır olun, çünki zəngin olacaqsınız. Mart ayının əvvəli ilə gülümsəməyə başlayan qız bürcləri hər zaman uğurlarına görə təqdir olunduqda xoşbəxt olurlar. Bu ilin ən şanlı bürcləri siyahısında da yer alan Qız bürcünü çox gözəl həyat gözləyir.
4. Əqrəb

Mart ayının başlanğıcı ilə maddi mənada şad xəbərlər alacaqlar. Bu ay əqrəbləri xoş günlər gözləyir. Qazanacaqları pullarla uzun müddətdir arzuladıqları əşyaları alıb, arzularını reallaşdıra biləcəklər. Ancaq maddi davamlılıq əqrəblərə havayı başa gəlməyəcək. Əqrəblər nə qədər çox çalışsalar, bir o qədər uğur qazanacaqlar. Və yazın gəlişi ilə enerjisi artan əqrəblər üçün bu elə də çətin olmayacaq.

01.03.2023 18:35
show 477