Varlı kişiylə puluna görə evlənən qadının dramatik taleyi

Cəmiyyətimizdə tez-tez rast gəlinən mövzulardan biri də “sevgi ilə evlilik” və “maddi maraqla evlilik” məsələsidir. Bu hekayədə əsas qəhrəmanlardan biri Marsel Amfu adlı imkanlı bir iş adamıdır. O, illərlə zəhməti və bacarığı sayəsində varlı bir insan kimi tanınır. İctimaiyyət arasında nüfuz qazanmış Marsel Amfu həm xarakteri, həm də sərvəti ilə diqqət çəkir.
Lakin onun həyatı gözlənilməz bir məqamda dəyişir. Gözəlliyi ilə hər kəsin diqqətini çəkən bir xanım onun həyatına daxil olur. Xaricdən baxıldıqda bu münasibət romantik və xoşbəxt görünür. Lakin qısa müddətdə aydın olur ki, qadının bu evliliyə qərar verməsində əsas amil Marsel Amfunun var-dövləti olub.
O, milyonçuya ərə gedəndə düşünürdü ki, varlı olacaq. Amma gözlənilmədən hər şey dəyişdi…
Qlobal.net xəbər verir ki, 67 yaşlı milyonçu Marsel Amfu Fransada, Alp dağlarında kiçik bir daxmada yaşayırdı. Çoxlu mülkləri və ərazisi olsa da, onun milyonçu olduğunu çox az adam bilirdi. O sərvətini ailəsi və yaxın adamları ilə paylaşırdı.
2010-cu ildə 21 yaşlı Sandrin Davillard adlı qız Marselin kiçik daxmasına gələrək bu ərazini almaq istədiyini deyir. Milyonçu bu təklifi rədd edir. Lakin gənc qızın şam yeməyi dəvətini qəbul edir. Onlar qısa müddətdə bir-birlərinə aşiq olurlar.
Media və Marselin yaxınları Sandrinin əslində milyonçunun puluna göz dikdiyini iddia edirlər.
2011-ci ildə onlar sadə bir mərasimlə evlənirlər. Toydan sonra hər kəs Sandrinin fırıldaqçı olduğunu desə də, Marsel həyatının sevgisini tapdığını və həyatında ilk dəfə bu qədər xoşbəxt olduğunu bildirir. Sandrin isə evlilik zamanı da parisdə yaşamağa davam edir, müğənnilik etməyə başlayır. Hərdən Marseli ziyarət etməyə gəlir.
“Marsel orta əsrlərdən qalan bir obraz kimidir. Mən Parisliyəm, amma ərimi görməyə tez-tez gedirəm”.
Bundan sonra Sandrin ilə bağlı şayiələr artır. Bir gün Marsel, Sandrin və dostlarının olduğu avtomobil qəzaya düşür. Qəza zamanı Marsel dünyasını dəyişir, Sandrin və dostlarına heç nə olmur. Qəzanı qadının planlaşdırdığı deyilsə də, sübut olunmur.
Marselin dəfnindən bir il sonra Sandrin Marselin tək mirasçısı olduğunu elan edir. Lakin öyrəndiyi həqiqət onun bütün planlarını pozur. Marsel ölümündən əvvəl vəsiyyətnaməsini hazırlayaraq bütün mirasını kənddə yaşayan qohumları və qonşuları arasında bölüşübmüş. Sandrinə isə heç bir şey vəsiyyət etməyib.
O, bu vəsiyyətnamənin saxt olduğunu iddia edərək məhkəməyə müraciət edir. Vəsiyyətnamənin həqiqi olduğu təsdiqlənib.
Qlobal.net