650acc023ea04202309234002
Marqarita Simonyandan paylaşım: "Qarabağ, bitdi" - FOTO

"Qarabağ, bitdi".

Qlobal.net xəbər verir ki, bunu erməni əsilli Rusiya jurnalisti və televiziya aparıcısı, Rusiyanın RT kanalının baş redaktoru Marqarita Simonyan "X" sosial platformasında etdiyi paylaşımda bildirib.

Xatırladaq ki, bu gün Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri silahı yerə qoyub və təslim olublar. Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

20.09.2023 14:39
show 1524