22.01.2021
10:36
0

"Markarian": Baydenin həyat yoldaşının geyimi niyə erməni adı daşıyır?

Loading...

ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin həyat yoldaşı Cill Baydenin inauqurasiya mərasiminə geyindiyi “Markarian” geyim markası dünyada, eləcə də Ermənistanda böyük marağa səbəb olub.

“Sputnik Armenia”nın məlumatına görə, “Markarian” Sovet astronomu və astrofiziki, erməni əsilli Bencamin Markaryanın şərəfinə adlandırılıb.


Qlobal.net Qazet.az-a istinadən xəbər verir ki, buna baxmayaraq, məşhur brendin Ermənistanla hər hansı əlaqəsi yoxdur.

Bencamin Markaryan kimdir?

Markaryan 1913-cü ildə Gürcüstanın Marneuli vilayətinin Şüləver kəndində anadan olub. Sovet alimi qalaktikadakı gənc qeyri-sabit ulduz sistemlərinin mövcudluğu, onların yeni dövrdə formalaşma prosesinin davam etməsi ilə bağlı məsələləri araşdırıb. Bundan əlavə, ulduzların qrup halında əmələ gəldiyini kəşf edib. Aradırması kiçik qalaktikaların (ölçüsü 13-17 ulduz olan) kəşf edilməsinə həsr olunmuşdu.

Sonradan müxtəlif rəsədxanalarda aparılan tədqiqatlar Metaqalaktikada bu cür aktiv obyektlərin çox olduğunu göstərdi. Bu tədqiqatlar dünyanın müxtəlif elm adamları tərəfindən aparıldı və həmin obyektlərə “Markaryan qalaktikaları” adı verildi.

Bencamin Markaryan 1985-ci ildə Yerevanda vəfat edib. 2013-cü ildə Ermənistan Mərkəzi onun 100 illiyinə həsr olunmuş (nominal dəyəri 1000 dram olan) gümüş sikkə buraxıb.

Marqaryan SSRİ Dövlət (Stalin) Mükafatı laureatıdır (1950), eyni zamanda Fəxri (1955) və Xalqlar Dostluğu (1983) ordenləri ilə təltif edilib.

“Markarian” brendinin yaradılması

ABŞ-ın məşhur “Markarian” brendinin qurucusu Aleksandra Oneil isə erməni deyil. O, Koloradoda anadan olub. Dizayner 2017-ci ildə özünün uğurlu markasının əsasını qoyub. O, gecəni və ulduzlu səmanı sevdiyini, “Markarian” brendinin isə özünün səmavi romantizmə olan əbədi sevgisinin timsalı olduğunu bildirib.

Aleksandra paltar toxumağı 10 yaşında olarkən nənəsi Cicidən öyrənib.

“Koloradoda böyümüşəm. Qonşularımız demək olar ki, yox idi. Gecələr işıqlar sönəndə gördüyüm tək şey ulduzlar idi. Uzun müddət göyə baxanda ən azı bir “düşən ulduz” görürdüm … bu uşaqlıq xatirələrimin sehri hələ də məni ilhamlandırır”, – deyə Oneil brendin tarixçəsini izah edərkən bildirib.

Qeyd etmək lazımdır ki, marka əsasən rəngli axşam paltarları istehsal edir, məhsulların əksəriyyəti isə əl istehsalıdır. Qiymətlər 1000-4000 dollar arası dəyişir.

Əlavə edək ki, Cill Baydenin yumşaq firuzəyi libası inci və “Swarowski” kristalları ilə bəzədilib, tamamilə əl işidir.

Paltar rənginin özünə inamı, sabitliyi simvolizə etdiyi, bununla yanaşı, demokrat partiyanın ənənəvi rəngi olduğu qeyd olunur.

Loading...