Manqal salatı necə hazırlanır?
Manqal salatı Azərbaycan mətbəxində məşhur olan, əsasən manqal və ya şişdə bişirilən ətlərə mükəmməl uyğun gələn ləzzətli bir salatdır. Bu salat manqalın üzərində qızardılmış tərəvəzlərlə hazırlanır, xüsusi dadı və ətri ilə süfrələri bəzəyir. Həm dadlı, həm də sağlam bir seçimdir.
Tərkibi
- 1 kq pomidor
- 1 kq körpə badımcan
- 5 ədəd acı bibər
- 2 ədəd soğan
- 2 dəstə ağ reyhan
Hazırlanması
Pomidor, badımcan və bibər yuyulur. Şişə keçirilir və manqalda hər iki tərəfi bişirilir. Manqal yoxdursa ev şəraitində, sobada bişirilə bilər. Soyuduqdan sonra qabıqları soyulur. Soğan və ağ reyhan xırda doğranılıb əlavə edilir. Zövqə görə duz və istiot vurularaq süfrəyə verilir.
- Qeyd: Yay vaxtı kababla yemək daha məsləhətlidir.