01.07.2021
12:31
206

"Mançester Yunayted" İngiltərə millisinin üzvünü heyətinə qatdı

Loading...

Almaniyanın "Borussiya" (Dortmund) klubunun futbolçusu Ceydon Sanço İngiltərənin "Mançester Yunayted" klubuna keçəcək.

Dortmund təmsilçisi 21 yaşlı yarımmüdafiəçinin keçidi üçün "qırmızı şeytanlar"la razılıq əldə edib.

İngiltərə klubu Sanço üçün qarşı tərəfə 85 milyon avro ödəyəcək. Əlavə bonus ödənişləri isə 10 milyon avro təşkil edəcək. İngiltərə millisinin üzvü yeni klubu ilə 5 illik müqavilə imzalayacaq.

Qeyd edək ki. Ceydon Sanço 2017-ci ildən Dortmund "Borussiya"sının formasını geyinir.

Loading...