07.01.2022
00:28
283

Manatın aqibəti necə olacaq? - Ekspert açıqladı

Loading...


“İndiki şərtlər əsasında Azərbaycan manatının ABŞ dolları qarşısında dəyər itirməsi gözlənilmir. Hazırda olan vəziyyət manatın məzənnəsinin saxlanılması üçün əlverişlidir”.


Bunu Publika.az-a açıqlamasında iqtdisadçı, ekspert Rəşad Həsənov deyib.


Ekspert qeyd edib ki, manatın məzənnəsini sabitləşdirən əsas məsələ neftin qiymətidir: “Bir sıra xarici tərəfdaşlarımızın milli valyutaları dəyərsizləşir. Azərbaycan nefti milli məzənnəmizin 85 faizini formalaşdırır. Son zamanlar Azərbaycan neftinin qiyməti qalxır və bu da milli valyutamızın stabil qalmasına təkan verir”.


R.Həsənov vurğulayıb ki, son zamanlar Mərkəzi Bankın özünün də strateji ehtiyatları artıb: “Hökumətin büdcə sənədini oxuduqda 2022-2024-cü illərdə ABŞ dollarının məzənnəsini 1.70 Azərbaycan manatı olaraq götürdüyünə şahid oluruq. Azərbaycan hökuməti movcud vəziyyəti qoruyub saxlamaq istəyir, nə qədər ki, kənarda ciddi bir təzyiq formalaşmayacaq. Təzyiqlər dedikdə isə neftin ucuzlaşması prosesi nəzərdə tutulur. Azərbaycan manatının dəyərsizləşməsi gələcəkdə infliyasiyanın güclənməsinə səbəb ola bilər. Ancaq bu hadisənin həyata keçməsi mümkün deyil. Qarşıdaki 6 ayda ABŞ dollarının Azərbaycan manatı qarşısında dəyər qazanması gözlənilmir. Azərbaycan çalışmalıdır ki, resurs çatışmazlığını aradan qaldırsın. Həm ixracın şaxələnməsi, həm də tələbatların yerli istehsalatın hesabına ödənilməsi istiqamətində işlər aparılmalıdır. Ölkə daxilində bəzi islahatlar görülməlidir. Azərbaycan xaricdə olan iqtisadi qruplara inteqrasiya etməlidir”.

Loading...