manaf

Manafdan həmin ifadə ilə bağlı açıqlama - VİDEO

Aktrisa Çimnaz Sultanovanın dəfn mərasimində müğənni Manaf Ağayevin səsləndirdiyi cümlə gündəm olub. Bəzi sosial media səhifələri sənətçinin jurnalistlərə açıqlamasında "rəhmətə getdiyi haqqında mənə deməyib" cümləsini rişxənd mövzusuna çeviriblər.

Qlobal.net xəbər verir ki, Manaf Ağayev Oxu.az-a açıqlama verib, sözügedən cümləni yanlışlıqla, həyəcandan dilə gətirdiyini bildirib:

"Yəni demək istəyirdim ki, o, ölüm barədə düşünmürdü, dedi ki, səhhəti yaxşıdır. Bəzi adamların səhhəti pisləşəndə ağlayırlar, deyirlər, "ölürəm". Amma Çimnaz dedi ki, yaxşıdır".

Qeyd edək ki, 45 yaşlı aktrisa 15 yanvar tarixində bağırsaq xərçəngindən vəfat edib.


17.01.2025 09:37
show 89