““Kişi” deyilən bir söz var. Sonrada kişi olmur. Anadan doğulanda kişisənsə kişisən”.
Qlobal.net olay-a istinadla xəbər verir ki, bunu Manaf Ağayev “Günü bu gün” verilişində deyib.
O bildirib ki, dəfələrlə əl tutduğu insanlar onu aldadıblar:
“O qədər rayondan bir və ya iki dəfə yanıma gəlib, 10 ədəd yumurta, 2 ədəd çolpa gətirib, sonra deyib ki, 2-3 min pul ver. Görmüşəm ki, yumurtanın birini mənə min dollara satdı və qaçdı getdi. Aldanmışam... Kasıbın 10 ədəd yumurtası mənim üçün milyona bərabərdir. Məni düşünüb və bunları gətirib”.
M.Ağayev əlavə edib:
“Bir şeyi bilirəm ki, dünyamı nə zamansa dəyişsəm, həyətimdə insan əlindən yer olmayacaq. Amma mən Xalq artisti tanıyıram ki, dəfn etməyə adam tapılmadı. Cəmi 10-13 nəfər insan onun dəfnində olmuşdu. Ayıbdır deyə, o Xalq artistinin adını çəkmirəm”.