6373403e241e1202211223110
Manaf Ağayev Vasifin bu hərəkətini bağışlamadı: Həmkarını görməzdən gəldi - VİDEO

Əməkdar artist Vasif Məhərrəmli ilə müğənni Manaf Ağayev məclislərin birində bir araya gəliblər. 

Qlobal.net xəbər verir ki, yayılan kadrlardan görünür ki, iki sənətçi arasında buzlar hələ də əriməyib. Bir neçə ay əvvəl Vasifə "dar günümdə yanımda olmadın" deyən Manaf Ağayev ona incikliyinin hələ də keçmədiyini əməlli-başlı hiss etdirib.

Belə ki, Manafın ifası zamanı qarşısında qol qaldırıb bir neçə dəqiqə onun gözünə baxaraq rəqs edən Vasif həmkarının könlünü ala bilməyib. Onun inadına rəğmən Manaf Vasifdən gözünü qaçırtması ilə diqqət çəkib, onu görmək istəmədiyini aydın şəkildə kamera qarşısında nümayiş etdirib.

Qeyd edək ki, təxminən altı ay əvvəl "Səhər mərkəzi" proqramında ad gününü qeyd edən Vasifi təbrikə gələn Manaf ondan incimə səbəbini də açıqlamışdı. Manaf onun üçün hazırlanan suallar arasından birini seçərək "Qəşəngi budur, oxuyum. Niyə dar günümdə mənə dayaq olmadın?" oxuyub. O, bir neçə dəfə sualı təkrarlayaraq Vasifə ünvanlayıb. Vasif isə gülərək "Olmadım" sualını ünvanlayıb. "Əsas odur işıq gələn yer olsun. Bəzən ata ilə oğul arasında da inciklik yaşanır" deyə, Manaf əlavə etmişdi.

Amma görünən odur ki, "toylar kralı" bir zamanlar şou-biznesdə ən etibar etdiyi dostları sırasında yer alan həmkarının hərəkətini hələ də həzm edə bilməyib.

Xatırladaq ki, Manaf Ağayev və iş adamı Sənan Hüseynov bahalı avtomobillə Füzuliyə getmişdi. İfaçı Füzuli aeroportunda çəkilən videonu sosial şəbəkə hesabında yayımlamışdı. Az keçmədən müğənni paylaşımını silmişdi. Videoda M.Ağayevin avtomobilinin yanında yer alan 10-AA-307 seriyalı digər maşının sahibinin əslən Füzulidən olan iş adamı Sənan Hüseynov olduğu bildirilib. Sənətçi və iş adamı 15 sutka həbs olunmuşdu. İfaçı martın 5-də azadlığa çıxıb. 

Həbsxanadan çıxdıqdan sonra sənətçi bir çox dostları ilə münasibətini bitirdiyini, incidiyini dilə gətirmişdi. (milli.az)


15.11.2022 11:29
show 535