Müğənni Manaf Ağayev bir müddət öncə keçirdiyi avtomobil qəzası barədə danışıb.
Qlobal.net Lent.az-a istinadən xəbər verir ki, bu barədə ifaçı "Tam vaxtıdır" verilişində bildirib. O, qəzadan sağ çıxmasını möcüzə adlandırıb:
"Elə bir avtomobil qəzası keçirmişəm ki... Onun içindən sağ çıxmaq möcüzə idi. Maşınla gedəndə sürücü əyləci basmışdı, maşın 4-5 dəfə fırlanıb aşmışdı. Maşın dayanan kimi ordan çıxdım, alnıma şüşə batmışdı. Elə bilirdim ki, yuxu görürəm. Şükürlər olsun ki, sağ çıxdıq. Amma maşın ələ gəlmədi, tulladıq".