19.09.2020
12:54

Maliyyə Monitorinqi Xidməti Ümumi Siyahısını yenilədi

Nazirlər Kabinetinin 25 iyun 2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”na əsasən, Maliyyə Monitorinqi Xidməti Ümumi Siyahını yeniləyib.

Bu barədə  Auditor Palatasının auditorlara müraciətində bildirilir. 

"Həmin siyahı ilə tanış olmağınız və auditor xidməti göstərərkən nəzərə almağınız zəruridir. Ümumi Siyahının son versiyası Maliyyə Monitorinqi Xidmətinin rəsmi internet səhifəsində (www.fiu.az/aze/umumi-siyahi/) yerləşdirilib", - deyə müraciətdə qeyd olunub. 

Loading...