63e151ab445b1202302231451
Malatyada xilasedicilər 4 azərbaycanlı tələbəni dağıntılar altından çıxardı

Malatyada dağıntılar altında qalan dörd nəfər tələbəmiz xilasedicilər tərəfindən tapıblar.

Bu barədə “Azərbaycan universitetləri” “Facebook” səhifəsində paylaşım edilib.

Qeyd edilib ki, dağıntılar altında olan tələbələrimizin adları səslənib, tələbələr cavab veriblər və onların hər biri sağdır.

***

Türkiyədə azərbaycanlı tələbələr dağıntılar altında qalıb.

Azxeber.com xəbər verir ki, Malatya İnönü Universitetində təhsil alan dörd azərbaycanlı tələbə zəlzələ nəticəsində baş verən dağıntıların altında qalıb.

Həmin tələbələr Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadədir. 

Həmin tələbələrin fotolarını təqdim edirik:

06.02.2023 23:14
505