“Mal bazarı qatlləri” – Ağdamlı ata və oğulun qandonduran CİNAYƏTLƏRİ

Cinayət hadisələri Bərdə şəhərinin tanınmış baytarlarından olan Nüsrət Musayevin yoxa çıxmasından sonra polisin diqqətini çəkir.
Qlobal.net xəbər verir ki, Bərdədə doktor deyə çağırılan və nüfuz sahibi olan Nüsrət Musayevin yoxa çıxmasından sonra müəyyənləşdirilir ki, bu artıq baş vermiş ikinci analoji hadisəsdir. Belə ki, 1993-cü il iyul ayının 11-də Bərdənin Həsənqaya kənd sakini Əliyev Abbas Vəli oğlu yoxa çıxmış, 5 gün sonra – iyulun 16-da onun cəsədi Ərəblər kəndinə gedən yolun kənarından tapılmışdı. Başından və sinəsindən aldığı zərbələr nəticəsində öldüyü müəyyən edilən adamın əvvəlcə avtoqəzaya düşdüyü güman olunsa da, sonradan öldürüldüyü məlum olur. Hadisə ilə bağlı rayon polis şöbəsində cinayət işi açılır…
Cinayətlərin törədilməsi üsulu Ağdam və Bərdə rayonlarında yerləşən mal bazarlarında mal-qara almağa gələn imkanlı şəxslərin təyin olunması və onların kənar əraziyə çəkilərək öldürülməsi formasında baş verir…
Davamı videomaterialda…