Makron Qarabağa 2 min əsgər göndərir? — “Türkiyə”dən ŞOK İDDİA
“Türkiyə” qəzetinin yazarı Yılmaz Bilgin sensasion açıqlama ilə çıxış edib.
Qlobal.net xəbər verir ki, o, məqaləsində “Qafqazda Ermənistan
və Aralıq dənizində Yunanıstanı oyuncağa çevirmək istəyən Fransanın
sözün əsl mənasında odla oynadığını” bildirib.
“Makronun Qarabağı işğal planı var. O, bölgəyə 2000 əsgər göndərmək
istəyir. Qarabağa 15 bəndlik işğal planı hazırlayan Fransa Prezidenti
Avropa Birliyi ölkələrindən dəstək istəyib. O, həmçinin Nikol Paşinyana
danışıqlar prosesini uzatmağı tapşırıb. Makron "Azərbaycan-Türkiyə
müttəfiqliyinin uğurlarının həm meydanda, həm də masada təkrarlanması
Ərdoğana 2023 seçkilərində böyük bir imkan verəcək” deyib”, - müəllif
iddia edib.
Qeyd edək ki, Yılmaz Bilgin iddiasının hardan qaynaqlandığı və “15
bəndlik işğal planı”nda nələrdən bəhs edildiyini açıqlamayıb. (Axar.az)