əsəd

Mahir Əsədin darmadağın edilmiş villası – VİDEO

Suriyanın devrilmiş prezidenti Bəşər Əsədlə birlikdə Moskvaya qaçan qardaşı Mahir Əsədin xarabalığa çevrilmiş evi görüntülənib.

Qlobal.net Axar.az -a istinadən xəbər verir ki, “Tv100” kanalının təqdim etdiyi reportajda Mahir Əsədin uşaqlarının və ailəsi ilə birlikdə çəkilən fotoların yerə töküldüyü və binanın xarabalığa döndüyü qeyd olunub.

Kanalın əməkdaşı Mahir Koç evə girmək üçün çətinliklə icazə aldıqlarını bildirib: “Bura daxil olmağımız xüsusi icazələr nəticəsində mümkün oldu.Ev tamamilə müxalifətin nəzarətindədir və heç kimin daxil olmasına icazə verilmir”.

Qeyd edək ki, Suriyanın keçmiş prezidenti Bəşər Əsədin qardaşı Mahir Əsədin hakimiyyət devrildikdən sonra İraqa qaçdığı, öldürüldüyü, HTŞ tərəfindən ələ keçdiyi barədə məlumatlar yayılmışdı.

04.01.2025 09:52
show 390