Yeni paltar geyinmək hissi hər kəs üçün xoşdur.
Qlobal.net bildirir ki, mağazadan qayıdanda və ya
bağlama qapınıza çatanda yeni paltarlarınızı geyinməyə həvəsli olsanız da,
bunun təhlükəsiz olub-olmadığını düşünə bilərsiniz.
Yeni paltarları geyinməzdən
əvvəl yumaq lazımdırmı?
Mütəxəssislərin fikrincə, aldığınız paltarları geyinməzdən əvvəl, xüsusən də
dərinizlə birbaşa təmasda olduqda onları yumalısınız.
Ümumiyyətlə, istehsal zamanı istifadə olunan artıq boya, kir və kimyəvi
maddələri təmizləmək üçün əşyalarınızı taxmadan əvvəl yumalısınız. İstifadə
olunan kimyəvi maddələrlə yanaşı, tekstil və geyimlər ölkədən ölkəyə bir çox
insanın əlindən keçərək dəzgahlara çatır. Bu o deməkdir ki, biz onları mütləq
yumalıyıq.
Tekstil məmulatları daşınma, qablaşdırma və ya mağazadan asılan zaman daha
qəşəng və gözəl görünməsi üçün müəyyən kimyəvi maddələrlə yanaşı, nişasta kimi
məhsullarla da emal edilə bilər.
Tədqiqatlar göstərir ki, bakteriyalar, göbələklər və viruslar parça üzərində
günlərlə, hətta həftələrlə yaşaya bilər.
Səbinə
Qlobal.net