Maaşlar bu qədər artacaq - DƏQİQ MƏBLƏĞ AÇIQLANDI
Ölkəmizdə minimum əməkhaqqının ilin sonuna qədər artırılması
gözlənilir. İqtisadçılar hesab edirlər ki, minimum əməkhaqqının məbləği
345 manatdan 500 manatadək artırıla bilər. Buna səbəb kimi, bir sıra
istehlak məhsulları və xidmət sahəsindəki qiymət artımı göstərilir.
Digər tərəfdən isə, yaxın gələcəkdə devalvasiya təhlükəsinin olduğu da
iddia edilir.Mövzu ilə bağlı danışan iqtisadçı ekspert və
hüquqşünas Əkrəm Həsənov bildirib ki, minimum əməkhaqqının artırılması
hər şeydən öncə qanunvericiliyin tələbidir: “Birincisi, minimal
əməkhaqqının artırılmasını qanunvericilik tələb edir. Belə ki,
Azərbaycan bir sıra beynəlxalq sənədlərə, o cümlədən Avropa xartiyasına
qoşulub. Həmin xartiyaya görə, ölkədə minimal əməkhaqqı tələbi ölkə üzrə
orta əməkhaqqının ən azı 60 faizini təşkil etməlidir. Bizdə deyilir ki,
orta aylıq əməkhaqqı 1000 manatdan çoxdur. Bu da avtomatik onu göstərir
ki, minimum əməkhaqqı ən azı 600 manat olmalıdır. Eyni zamanda bu
indiki qiymətlərdən də irəli gələn bir zərurətdir. Digər tərəfdən qiymət
artımı və devalivasiya gəldikdə, hər iksi labüddür. Sadəcə, qiymət
artımı onsuz da davam edir və böyük ehtimalla belə də davam edəcək.
Xüsusən, nəzərə alsaq ki, tənzimlənən qiymətlər də artırılır. Buna görə
də digər mal və xidmətlərin də qiymətləri artacaq. Bu minimal
əməkhaqqıya bağlı deyil. Minimal əməkhaqqı işəgötürənin işçiyə verəcəyi
minimum əməkhaqqı miqdarıdır. Onsuz məlumdur ki, qeyri-rəsmi formada
minimum əməkhaqqı 345 manatdan çoxdur”.
Ekspertin fikrincə, yaxın 3 ildə manatın dollar qarşısında devalvasiya təhlükəsi var: “O
ki, qaldı milli valyutanın devalvasiyasına, bu bir qədər başqa
məsələdir. Bu ölkənin valyuta ehtiyatları ilə bağlıdır. Valyuta
ehtiyatlarımız da birbaşa neftin qiymətindən asılıdır. Hazırda neftin
qiyməti sabitdir və devalvasiya təhlükəsi yoxdur. Amma burada Azərbaycan
üçün başqa bir amil var. Bizdə neft hasilatının həcmi azalır. Daha az
neft ixrac edirik. Digər tərəfdən dünya bazarlarında neft qiymətlərinin
ucuzlaşması ehtimalı var. Hər bir halda yaxın 3 il ərzində
devalvasiyanın olma ehtimalı çox böyükdür”./ Yenisabah.az