"Lüt gediblər, "platyada" gediblər, bilmirəm" - Aqil Abbas
"Avroviziya-2023 təmsilçilərimizin geyimlərinə reaksiyalar
durmadan artır. Fikir bildirənlərin əksəriyyəti isə müsabiqəyə qatılan
Tural və Turanın köynəyi və saç düzümlərini tənqid edir, Azərbaycanın
yarışmada bu cür geyimlə təmsil olunmasını düzgün saymadıqlarını
bildirirlər. Bakupost.az məsələ ilə bağlı millət vəkili Aqil Abbasın fikirləri ilə maraqlanıb. Millət vəkili nə əvvəllər, nə də indi "Avroviziya" ilə maraqlanmadığını bildirib: "Təmsilçilərimizin
geyimlərini də görməmişəm. Bu, mənim üçün maraqlı deyil. Kimlərin
getdiyi, nə geyindikləri barədə də məlumatsızam. Lüt gediblər,
“platyada” gediblər, bilmirəm”.