“Lukoil” şirkətinin vitse-prezidenti intihar edib.
Qlobal.net xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı məlumat paylaşıb.
Bildirilir ki, Ravil Maqanov özünü Marşal Timoşenko küçəsində yerləşən Mərkəzi Klinik Xəstəxananın altıncı mərtəbəsindən atıb.
Hələlik intiharın səbəbləri müəyyən edilməyib, hadisə yerində polis işləyir.Məlumat üçün əlavə edək ki, Ravil Maqanov 2020-ci ildən etibarən “Lukoil”in Direktorlar Şurasının sədri təyin edilib.