64c36fa4db804202307233500
“Lotu Quli”nin qətli ilə bağlı ŞOK FAKTLAR ORTAYA ÇIXDI - VİDEO

Rusiya mətbuatında "qanuni oğru", “Lotu Quli” ləqəbli Nadir Səlifovun qətli ilə bağlı yeni faktlar ortaya çıxıb.

Lotu Qulinin rəqibi, Rafiq Masallılı kimi tanınan Rafiq Eyvazovun sifarişi ilə öldürüldüyünə dair yazılar dərc edilib.

Bu, həmin şəxsdir ki, Lotu Qulinin tapşırığı ilə qulağı kəsilib. Başqa sözlə, Nadir Səlifov onun qulağını, o da Nadir Səlifovun ömrünü kəsdi.

“Əməliyyatın maliyyələşdirilməsində hətta Rövşən Lənkəranskinin adamlarının da adı çəkilir", - deyə "Rosbalt" yazıb.

Əməliyyata hazırlıq uzun müddət aparılıb, bunun üçün yüzminlərlə dollar xərclənib. “Rosbalt" öz mənbəyinə istinadən yazır ki, N.Səlifovun qətli, əslində, "isti izlərlə" açıldığı kimi olmayıb.

Killer Xaqan Zeynalov Lotu Quliyə xüsusi məqsədlə yaxınlaşıb. 20 avqust 2020-ci ildə Antalyadakı otelə gedib və orada Quli ilə görüşüb. Onlar mühafizədən uzaq xüsusi otaqda oturublar. Məqsəd maliyyə ilə bağlı məsələni müzakirə etmək olub. Birdən güllə səsi eşidilib və X.Zeynalov otaqdan qaçaraq N.Səlifova snayperin atəş açdığını deyib.

Mühafizəçilər otağa gediblər. Onlar əvvəlcə snayper məsələsinə inanıblar, ancaq qısa müddət sonra məsələnin belə olmadığı aydınlaşıb. Mühafizəçilərdən biri R.Eyvazovun arxasınca gedərək onu tapıb cəzalandırmaq istəyib. Ancaq ikincinin bəxti gətirib, polis onu saxlayıb.

Ətraflı BAKU.TV-nin videomaterialında:


28.07.2023 11:34
show 782