Lobya salatı necə hazırlanır?

Lobya salatı necə hazırlanır?

Lobya salatı həm çox faydalı, həm də doyumlu bir yemək seçimidir. Bu salat həm təzə lobya ilə, həm də konservləşdirilmiş lobya ilə hazırlanabilir. Təravətli və sağlam bir seçim olan lobya salatı, müxtəlif tərəvəzlərlə zənginləşdirilərək daha da dadlı və rəngarəng olur. Aşağıda lobya salatının hazırlanma qaydasını izah edirik.


Lazım Olan Ərzaqlar:

  • kartof 600 qr
  • aşxana çuğunduru 20 qr və ya 4 ədəd
  • yerkökü 2 ədəd
  • duzlu xiyar 200 qr
  • göy soğan 200 qr
  • şoraba kələm 200 qr
  • qırmızı lobya 200 qr
  • cəfəri 40 qr
  • bitki yağı 4,5 xörək qaşığı
  • duz və istiot


Hazırlanma Qaydası:


 Bişirilib təmizlənmiş kartof, çuğundur, yerkökü, həmçinin duzlu xiyar kub şəkilində, soğan və göyərti isə xırda doğranır, kələmin suyu sıxılıb xırdalanır, bişmiş lobya, duz və istiot vurulur, qarışdırılır və duzuna baxılır. Sonra bitki yağı (qarğıdalı və yaxud günəbaxan) əlavə edilib yaxşı qarışdırılır və təpəcik şəkilində boşqaba yığılır.

Lobya salatı həm təravətli, həm də çox faydalıdır. Sadə hazırlanma qaydası və zəngin tərkibi ilə yeməklər arasında mükəmməl bir seçimdir. Nuş olsun!

27.12.2024 19:03
show 57