Avto
Li elektromobili yanaraq bir dəqiqəyə kül oldu
Çin maşınlarının avtomobil bazarında hegemonluq etdiyi bir vaxtda gözlənilməz hadisə baş verib.
Qlobal.net xəbər verir ki, Şanxayda LiXiang markalı elektromobil bir neçə saniyə ərzində alışıb. Hadisə şahidlərinin sözlərinə görə, maşın anidən alovlanıb və tamamilə yanıb.
Mütəxəssislər hesab edir ki, yanğının səbəbi brendin son modellərinə quraşdırılan yeni CATL Qilin akkumulyator sistemi ola bilər.
Hadisənin səbəbləri araşdırılır.
Emin Əzimoğlu
Qlobal.net



