65fb00fdf08cd202403243005
Leysan, qar, dolu... - Bu tarixdən hava KƏSKİN DƏYİŞİR

Martın 21-i gündüzdən 22-si axşamadək əsasən dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. 

Bu barədə Qlobal.net-ə Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.

Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur, Lənkəran-Astara bölgəsində yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. 

Şərq küləyi ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.

21.03.2024 07:30
show 2246