66a67ffce5cc9202407242932

Leyla: Ərim telefonumu güdürdü, anamla mesajlarımızı oxuyurdu

Müğənni Leyla Rəhimova ayrıldğı əri Zaur Cəlildən danışıb.

Qlobal.net axşam.az-a istinadla xəbər verir ki, ifaçı bu barədə "Nigar xanım" verilişindən danışıb.

O bildirib ki, birlikdə olduqları zaman əri telefonunu izləyib: "Anamla mesajlarımızı oxuyurdu. Buna razı deyildim, amma "baxma" deyə bilmirdim. Mən isə onun telefonuna baxa bilməzdim, qoymurdu".

Leyla Zaur Cəlil adlı şəxslə ailə qurduqdan sonra Amerikaya köçüb. Ötən il o, Bakıya qayıdıb. Zaur "Evliliyimizin yeddinci ilində ayrılmaq qərarına gəldik. Bu da son", deyə sosial şəbəkədə paylaşım edib. Leyla bundan xəbərsiz olduğunu, ayrıldıqlarını sosial şəbəkədə oxuduğunu deyib.

28.07.2024 21:39
show 412