photo_56014525
Levandovski: "Dostlarımdan ayrılıram"

"Bavariya"nın futbolçusu Robert Levandovski klubdan ayrılmaq istəyini açıqlayıb.

Qol.az "Bayern&Germany"ə istinadən xəbər verir ki, 33 yaşlı hücumçu deyib:

“Mən ayrılıram. Çünki həyatımda daha çox duyğu istəyirəm. Məni dinləmək istəmirdilər. İçimdə nə isə söndü. Bunun öhdəsindən gəlmək mümkün deyil.  Dostlarımdan ayrılıram. Onların bəziləri ilə uzun illər keçirdim. Hər gün bir-birimizi görürdük. Bu, əsl dostluqdur. Zədələrə və ağrılara baxmayaraq, oynamağa hazır olanda hər şeyimi sonuna qədər ortaya qoydum. Məncə, bu vəziyyətdə hər iki tərəfə uyğun həll yolu tapmaq lazımdır. Birtərəfli həll yolu olmamalıdır". 

Qeyd edək ki, polşalı forvard ötən mövsüm "Bavariya"nın heyətində bütün turnirlərdə 50 oyunda 46 qol vurub. 

07.06.2022 11:48
205