Cəmiyyət
Ləmanın faciəli ölmünün sirri açıldı: Qız toyundan sonra nişanlısı və ailəsi…

“Qızımın gəlinlik geyimi ilə bağlı nişanlısı, onun anası və atası evimdə dava-dalaş saldılar. Qızım da dözməyib özünü öldürdü”.
Qlobal.net xəbər verir ki, bu fikirləri Teleqraf-ın Mərkəzi Aran bürosuna bir neçə gün öncə özünü yaşadığı evdə öldürən 19 yaşlı şəhər sakini Ləman Məmmədlinin atası Murad Bayramov söyləyib.
Onun sözlərinə görə, mətbuatda və sosial şəbəkələrdə yazılanlar həqiqəti əks etdirmir. “Guya aralarındakı yaş fərqinə görə qızım Ləman razı olmayıb, etiraz edib. Tamamilə yanlış fikirlərdir. Əvvəla oğlanın 35-36 deyil, 33 yaşı var. Elçilik, qız toyu da könüllü və qarşılıqlı razılıq əsasında baş tutub. Hətta nişanlısı Elnurla rəsmi nigah da bağladılr. Həmin andan Ləman Bayramova rəsmən Məmmədli soyadını daşımağa başladı”.
Murad Bayramovun sözlərinə görə, faciənin bünövrəsi qız toyundan başladı: “Qız toyundan sonra Elnur ata-anası ilə birgə bizə gələrək əməlli-başlı dava saldılar ki, bu nə biabırçı, açıq-saçıq gəlinlikdir qızınıza geyindirmisiniz. Biz də dedik ki, adi, çoxunun geyindiyi gəlinlik geyimidir, amma qarşı tərəf sakitləşmədi, mübahisəni davam etdirdilər. Sonrakı gün də mübahisə davam etdi. Artıq çox gec idi. Yanlış ailə ilə qohum olduğumuzun fərqinə vardıq. Qızım da bunlara dözmədi. Məyusluq, psixoloji sarsıntı keçirən qızın canına qıydı. Görəsən, Elnur və doğmaları qızımın ölümünə səbəb olan haqsız davranışlarına görə vicdan əzabı çəkirmi?”


