Lazer epilyasiya otağında qızları gizli videoya çəkirmişlər - Bloger ifşa etdi
Rusiyalı gözəllik bloggeri Tatyana lazer epilyasiya otağında videokamera aşkar edib.
Qlobal.net bildirir ki, qız bütün videonümayişi onlayn yayımlayıb - video bir neçə gün ərzində yüzlərlə şərh və 10 K-dan çox baxış qazanıb. Lazer studiyasının rəhbərliyi iddia edib ki, kamera yalnız səs yazır. Lakin onlar bunu qıza sübut edə bilməyiblər. Tatyana bildirib ki salon müştəriləri kamera altında soyunduraraq lazer prosesi icra edir.
Salon sahibinin sözlərinə görə, orada video çəkiliş yoxdur, yalnız səsin yazılması ilə bağlı xəbərdarlıq var.
Araşdırma aparılır.
Fidan
Qlobal.net