18.01.2021
15:30
0

Lavrovun GİZLİ OYUNU... Kreml STATUS məsələsini niyə saxlayıb?

Loading...

Lavrov yenə ikili oyun oynayır.  Həm status məsələsi ATƏT vasitəçiliyi ilə həll edilə bilər deyir. Həm də Dağlıq Qarabağın müstəqilliyi tanınmayıb deyir.

Bu sözləri Qlobal.net-ə müsahibə verən siyasi şərhçi Elman Vəliyev deyib:

"Əvvəl də demişdim, Rusiya statusu ehtiyat kimi saxlayır.. ATƏT vasitəçiliyi deyəndə Minsk qrupunu nəzərdə tutur. Bu qrupun həmsədrləri də Rusiya, Fransa, ABŞ-dır. Bunların 3'ü də ermənipərəstdir.  Yəni Ermənistanın əleyhinə qərar verə biləcək niyyətində olduğunu zənn etmirəm..  Yəni konflikti hələ bitirmək istəmirlər.

Amma ATƏT çərçivəsində Status məsələsi həll edilə bilər deyərkən, Qondarma Respublikanın statusunu nəzərdə tutur. Muxtar respublika kimi tanınmasını nəzərdə tutduğuna əminəm sadəcə hələ büruzə vermək istəmir, çünki hal-hazırki vəziyyət bunun üçün əlverişli deyil.. 

Güya, ATƏT çərçivəsində Statusu nə formada həll etmək düşünülə bilər. Azərbaycan tərəfinin rəyi olmadan bu mümükün deyil. Madəm ki, ATƏT vasitəçiliyi ilə həll etmək istəyir o zaman Türkiyə(ATƏT'in Minsk qrupu üzvü olaraq) də masada yer almalıdır.Rusiya problemi yalnız Minsk qrupunun həmsədrliyi çərçivəsində həll etməyi planlaşdırmasın.

Rusiya Türkiyənin Qarabağla bağlı fikirlərindən narahatdır. Qarsda birgə təlim, Şuşada məktəb, 3-lük koalisiyası( Türkiyə, Azərbaycan,Pakistan),

Türkiyənin Azərbaycandakı yeri, həmçinin Türkiyənin: "Qarabağda sülhü sülhməramlı olmadan bərpa etmək mümkündür" -deməsi bunla dəlalət verir.

Amma 5-10 il sonra Türkiyənin piramidanın zirvələrində olduğunu, Qarabağdan rusiya sülh quşlarını çıxaracağını ehtimal edirəm"

Loading...